19.10.2016 [10:43] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Ermənistan silahlı qüvvələrinin guya “İsgəndər” ballistik raketlərinə malik olması barədə geniş hay-küyün ardınca Ermənistan tərəfi Rusiyadan yeni uzaq hədəfi vuran raketlər alınacağı barədə şayiələr yaymağa başlayıb.
Ermənistan hökumətinə yaxın hərbi ekspertlər ötən həftə İrəvanda keçirilmiş Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammiti çərçivəsində Rusiyanın Ermənistana yeni silah təchizatı barədə razılaşmanın əldə edildiyini bildirirlər.
Məsələyə münasibət bildirən hərbi ekspert Üzeyir Cəfərov bunları Ermənistan tərəfinin yeni eyforiyaya qapılması adlandırıb: “İrəvanda keçirilən paradın eyforiyasından çıxmamış ermənilər dünənədək Azərbaycan Dağlıq Qarabağdan əlini üzməlidir" kimi absurd fikirlər səsləndirirdilər. İndi də KTMT-nin iclasından sonra deyirlər ki, guya yeni silahlar alacaqlar. Ermənilər bu yolla güclü informasiya müharibəsi aparmaq istəyirlər. Ona görə də onlara əhəmiyyət vermək lazım deyil”.
Ü.Cəfərov deyib ki, hələ Rusiya rəsmi şəkildə Ermənistana “İsgəndər” raketi verdiyini deməyib, baxmayaraq ki, ermənilər bu silaha malik olduqlarını deyib özlərini sakitləşdirirlər: “Amma mən yenə də əvvəlki fikrimdə qalıram ki, bu silah ermənilərdə yoxdur, Rusiyanın Ermənistandakı 102-ci bazasından onlara verilmişdi ki, paradda göstərilsin. Bununla da məsələ bitdi”.
Ekspert bildirib ki, Azərbaycan heç nədən narahat deyil: “Azərbaycan öz müdafiəsini, təhlükəsizliyini təmin etmək üçün lazım olan nə varsa alıb və heç bir narahatlığa əsas yoxdur. Ermənilər hay-küy qaldırdılar ki, “İsgəndər”i aşkar etmək, vurmaq mümkün deyil. Hamısı boş söhbətlərdir. “İsgəndər”i müəyyən edib zərərsizləşdirmək üçün silahımız var. Digər tərəfdən, Azərbaycan Naxçıvan ərazisindən çox rahat şəkildə Ermənistan ərazisinin istənilən nöqtəsini vura bilər. Yəni Ermənistan istənilən an tutarlı cavabını alar".
O ki qaldı uzaq hədəfi vuran raketlərə, Ü.Cəfərov bildirib ki, Azərbaycan müdafiə sənayesi naziri Yavər Camalov Bakıda keçirilən “ADEX 2016” sərgisində Azərbaycanda ballistik raketlərin buraxılacağını bildirdikdən sonra ermənilərin sankı yuxusu ərşə çəkilib:
"Onlar fikirləşirlər ki, Azərbaycanı nə ilə şantaj etsinlər, qorxutsunlar. Keçmiş baş nazirləri Qrant Baqratyan deyirdi ki, Ermənistanın atom silahı var. Ona görə də ermənilər yalanla, hədə-qorxu gəlməklə məşğuldular ki, Azərbaycan işğal altında olan torpaqlarının azad edilməsi ilə bağlı fikir səsləndirməsin. Amma Azərbaycanın fikri qətidir, Azərbaycan Prezidenti İlham Əliyev həmişə bəyan edib və bu günlərdə də o fikri bir daha səsləndirdi ki, Azərbaycan heç bir halda düşmənə güzəştə getmək fikrində deyil və Azərbaycan nəyin bahasına olursa-olsun, öz torpaqlarını işğaldan azad edəcək”.
Qeyd edək ki, Ermənistanın hər hansı bir təxribatına Azərbaycan ölkədə istehsal olunan süzən aviasiya bombaları ilə də tutarlı cavab verə bilər. Buna misal olaraq “ADEX 2016” sərgisində nümayiş etdirilən “QFAB-250SAB” və “QFAB-100SAB” qəlpəli-fuqaslı süzən aviasiya bombalarını göstərmək olar. Azərbaycanın müdafiə sənayesi müəssisələri tərəfindən istehsal olunan bu qanadlı bombalar 100 km-ə qədər məsafəni qət edərək müəyyən edilmiş hədəfi məhv edə bilər.

Bu xəbər oxucular tərəfindən 1033 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |