Şrift:
Qobustanda sürüşmə aktivləşib
19.10.2016 [11:34] - Gündəm, Bildiriş
Qobustanda sürüşmə aktivləşib. İki gün öncə kəndlilərin anbaan izlədikləri torpaq sürüşməsi bir saat davam edib.

ARB Şəki xəbər verir ki, nəticədə uzunluğu 100 metrdən artıq sürüşmə zolağı yolun uçmasına səbəb olub. Yolun bir hissəsi kəndin Şamaxı və Qobustan, digər hissəsi isə Hacıqabul rayonlarına çıxır. Sözügedən yolun hər iki çıxışında baş verən sürüşmə nəticəsində kəndlilərin Şamaxı-Bakı yoluna çıxan və əks tərəfə Hacıqabul – Kürdəmir rayonlarına getmək üçün olan yol hər iki tərəfdən bağlanıb. Sürüşmə zolağı hər gün genişlənir.

Torpaq uçqununun baş verdiyi nöqtədə 3 yaşayış evi yerləşir. Uçqunlar nəticəsində 130 metr torpaq qatı sürüşərək ərazidə hərəkəti tamamilə bağlayıb.
Bu xəbər oxucular tərəfindən 576 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed