Şrift:
Əhvaz şəhərində 5 nəfər Ərəb milli fəalı əhlinin gözü qarşısında edam olunacaq
07.03.2012 [17:51] - Gündəm
Iranın Ərəb vilayəti olan Əhvaz şəhərində 5 nəfər Ərəb milli fəalı əhlinin gözü qarşısında edam olunacaq
Əhvaz şəhrində fəaliyyət göstərən insan haqları müdafiçilrinin verdiyi məlumata əsasən İran təhlükəsizlik məmurları Əhvaz şəhərində həbsdə olan 5 nəfər Ərəb milli fəalının ailələrinə zəng edərək bildiriblər ki onların edam hökmülri təsdiq olunub və yaxın günlərdə əhalinin güzü qarşısında 3 qardaş Əbülrəhman,Taha və Cəmşid Heydəri onların əmi oğuları Mənsur Heydəri və Əmir Məavi edam olunacaqlar.İran ərəblrinin hüquqlarının müdafəsi təşkilatının sədri Kərim Əbdiyan Ələrəbiyyə kanalına verdiyi müsahibədə bildirib ki,Əhvaz şəhərində həbsdə olan 3 qardaş və iki əmi oğluları keçən il Əhvazın Mlaşiyə şəhərciyində həbs olunublar onlar İran təhlükəsizlik məmurlarının bir zabitini terrorunda və birinin isə yarlanmasında itiham olunaraq həbs olunublar.Edama məhkum edilən Ərəblərin ailələrinin bildirdiynə görə onları işkəncə edərək həmin itihamları törətdiklərini etiraf etdiriblər.Kərim Əbdiyan əlavə edib ki 2005-ci ildə Əhvaz və Ərəblərin six yaşadaıqları bölgələrdə İran rejiminin həyata keçirdiyi etnik tərkibi dəyişdirmə,Ərəb şəhər və kəndlərin adlarını farslaşdırma siyasətinə kütləvi etiraz aksiyaları olmuşdur və hər il həmin tarixdə bu münasibətlə Əhvaz və Ərəblərin yaşadığı başqa şəhərlərdə kütləvi etiraz aksiyaları keçirilir.İran rejimi Ərəbləri həmin aksiyalardan çəkindirmək məqsədilə Əhvaz şəhərində əhlinin gözü qarşısında edam hökmlərini icra etməklə əhalidə xof yaratmaq niyyətindədir.Xatırladaq ki 2005-ci il Əhvaz ixtişaşlarında 100 nəfərə yaxın Ərəb İran təhlükəsizlik məmurları tərəfindən qətlə yetirilmiş və 1000 nərərə yaxın həbs olunub onların 11 nəfəri 2007-ildə Əhvaz şəhərində əhalinin gözü qarşısında edam olunub qalanları isə həbsxanalrda təziq və işkəncələrə məruz qalmaqdadırlar.İran molla rejimi qeyri fars millətləri bütün milli hüquq və azadlıqdan məhrum edib və bu hüquqları tələb edən milli fəallara qarşı kütləvi həbsləri və edamları davam etdirir.
DAVAM xəbər mərkəzi
Bu xəbər oxucular tərəfindən 1462 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed