Şrift:
Güney Azərbaycan Xəbərləri
07.03.2012 [18:02] - Güney Azərbaycan-Təbriz
İzmirdə Beynəlxalq Güney Azərbaycan Forumu keçiriləcək

Güney Azərbaycan Xəbərləri





Dünən Azərbaycanda səfərdə olan İzmir Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Camal Məmmədxanoğlu mətbuat konfransı keçirib. Bildirib ki, İzmir Azərbaycan mədəniyyət mərkəzinin təşkilatçılığı ilə aprelin 21 və 22-də İzmirdə Beynəlxalq Güney Azərbaycan Forumu adlı böyük tədbir keçiriləcək. Onun sözlərinə görə, forumun məqsədi, İranda yaşayan 30 milyondan çox azərbaycanlının tapdanan insani və milli haqlarını dilə gətirmək və bu məqsədlə Güney Azərbaycan Milli Şurası yaratmaqdır: "Təşkilat komitəsi daha öncə dünyada yaşayan 50 milyondan çox Azərbaycan Türkünün Milli Şurasını yaradaraq onların problemlərini müzakirə olunacağı bir forum formalaşdırmağı planlaşdırırdı. Lakin son aylarda bölgədə gedən siyasi proseslərin Güney Azərbaycan türklərinin yaşadığı milli problemləri ön plana çıxarması səbəbi ilə forumumuz tamamən Güney Azərbaycanlı soydaşlarımıza həsr olunacaq". Məmmədxanoğlu onu da qeyd edib ki, bu foruma tək Güney Aəzrbaycan türkləri deyil, bu məsələni milli problemimiz kimi görən bütün azərbaycanlılar dəvət ediliblər: "Forumumuz milli, demokratik prinsiplər əsasında qeyri-hökumət təşkilatlarının keçirəcəyi bir forum olacaq. Forumda iştirak edəcək hər kəs xərclərini özləri qarşılayacaq. Foruma siyasi partiyalar, QHT-lər, diaspor təşkilatları, elm adamları, tanınmış sənət adamları və mətbuat nümayəndələrini dəvət edirik".
Kofransda Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP) Güney Azərbaycan Departamentinin sədri Əlirza Amanbəyli, MDHP Gənclər Təşkilatını sədri Seymur Həsənli, Bakıda yaşayan Güneyli siyasi mühacirlər, İctimai siyasi xadimlər İzmirdə nəzərdə tutulan Güney Azərbaycan formunun keçirilməsini vacib olduğunu bildirdilər və bu təşəbüsü yüksək qimətləndirərək, formun keçirilməsinə lazim olan yardımı etməyə hazır olduqlarını bildirdilər.

ABŞ-ın MÜDAFİƏ NAZİRİ İRANI HƏRBİ HÜCUMLA HƏDƏLƏDİ
Güney Azərbaycan Xəbərləri





Martın 6-da ABŞ-İsrail ümumi əlaqələr komitəsinin iclasında çıxış edən ABŞ-ın müdafiə naziri Leon Panetta İrana mümkün hərbi hücumdan danışıb.
Leon Panetta deyib ki, ABŞ İsrailin düşmənləri qarşısında hərbi üstünlüyünü itirməsinə imkan verməyəcək: “Əgər müzakirələr İranın nüvə proqramını dayandırmağa qadir olmasa və Tehranla danışıqlar nəticə verməsə, ABŞ hərbi hücum variantına üz tutacaq. Səhv anlaşılmasın. ABŞ yalnız bütün yolları bağlı gördüyü təqdirdə İrana qarşı hərbi hücum variantına üstünlük verəcək.
ABŞ həmçinin İsrailə müxtəlif raketlər, inkişaf etmiş müdafiə sistemləri və “F-35” qırıcı təyyarələri verməklə bu ölkənin düşmənləri qarşısındakı hava qüvvələrinin üstünlüyünü təmin edəcək”.

İRANIN XARİCİ İŞLƏR NAZİRİ NAXÇIVANA GƏLİB
Güney Azərbaycan Xəbərləri





Martın 6-da axşam İranın xarici işlər naziri Əli Əkbər Salehi Azərbaycana - Naxçıvan Muxtar Respublikasına gəlib.
Martın 7-də Naxçıvanda Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin üçtərəfli regional görüşü olacaq. Salehinin səfəri bununla bağlıdır.
Görüşdə regionda həyata keçiriləcək və tərəfləri maraqlandıran layihələr, ticarət və iqtisadi əlaqələrin gücləndirilməsi, sərhəd məsələləri, terrorçuluğa, mütəşəkkil cinayətkarlığa, narkotik qaçaqmalçılığına və insan alverinə qarşı mübarizəyə aid məsələlər müzakirə olunacaq.
Bu formatda ilk görüş 2011-ci ilin aprelində İranın Urmiya şəhərində keçirilib. Həmin görüşdə nazirlər ildə iki dəfə görüşmək barədə razılıq əldə ediblər. Naxçıvan görüşü 2012-ci ildə bu formatda birinci görüşdür. İkinci görüşün Türkiyədə olacağı gözlənir.
Azərbaycan, Türkiyə və İran XİN rəhbərləri Naxçıvanda Bəyannamə qəbul ediblər
Nazirlərin növbəti görüşü 2012-ci ilin sentyabr ayında Van şəhərində keçiriləcək

Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin Naxçıvanda keçirilən görüşü başa çatıb. ANS-in Naxçıvana ezam olunmuş müxbirinin verdiyi məlumata görə, görüşün yekununda bəyannamə imzalanıb.

Sənədi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu və İranın xarici işlər naziri Əli Əkbər Salehi imzalayıblar.

Qeyd edək ki, nazirlərin növbəti görüşü 2012-ci ilin sentyabr ayında Van şəhərində keçiriləcək.


Iranın Ərəb vilayəti olan Əhvaz şəhərində 5 nəfər Ərəb milli fəalı əhlinin gözü qarşısında edam olunacaq
Güney Azərbaycan Xəbərləri





Əhvaz şəhrində fəaliyyət göstərən insan haqları müdafiçilrinin verdiyi məlumata əsasən İran təhlükəsizlik məmurları Əhvaz şəhərində həbsdə olan 5 nəfər Ərəb milli fəalının ailələrinə zəng edərək bildiriblər ki onların edam hökmülri təsdiq olunub və yaxın günlərdə əhalinin güzü qarşısında 3 qardaş Əbülrəhman,Taha və Cəmşid Heydəri onların əmi oğuları Mənsur Heydəri və Əmir Məavi edam olunacaqlar.İran ərəblrinin hüquqlarının müdafəsi təşkilatının sədri Kərim Əbdiyan Ələrəbiyyə kanalına verdiyi müsahibədə bildirib ki,Əhvaz şəhərində həbsdə olan 3 qardaş və iki əmi oğluları keçən il Əhvazın Mlaşiyə şəhərciyində həbs olunublar onlar İran təhlükəsizlik məmurlarının bir zabitini terrorunda və birinin isə yarlanmasında itiham olunaraq həbs olunublar.Edama məhkum edilən Ərəblərin ailələrinin bildirdiynə görə onları işkəncə edərək həmin itihamları törətdiklərini etiraf etdiriblər.Kərim Əbdiyan əlavə edib ki 2005-ci ildə Əhvaz və Ərəblərin six yaşadaıqları bölgələrdə İran rejiminin həyata keçirdiyi etnik tərkibi dəyişdirmə,Ərəb şəhər və kəndlərin adlarını farslaşdırma siyasətinə kütləvi etiraz aksiyaları olmuşdur və hər il həmin tarixdə bu münasibətlə Əhvaz və Ərəblərin yaşadığı başqa şəhərlərdə kütləvi etiraz aksiyaları keçirilir.İran rejimi Ərəbləri həmin aksiyalardan çəkindirmək məqsədilə Əhvaz şəhərində əhlinin gözü qarşısında edam hökmlərini icra etməklə əhalidə xof yaratmaq niyyətindədir.Xatırladaq ki 2005-ci il Əhvaz ixtişaşlarında 100 nəfərə yaxın Ərəb İran təhlükəsizlik məmurları tərəfindən qətlə yetirilmiş və 1000 nərərə yaxın həbs olunub onların 11 nəfəri 2007-ildə Əhvaz şəhərində əhalinin gözü qarşısında edam olunub qalanları isə həbsxanalrda təziq və işkəncələrə məruz qalmaqdadırlar.İran molla rejimi qeyri fars millətləri bütün milli hüquq və azadlıqdan məhrum edib və bu hüquqları tələb edən milli fəallara qarşı kütləvi həbsləri və edamları davam etdirir.
DAVAM xəbər mərkəzi
Bu xəbər oxucular tərəfindən 1960 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed