Şrift:
Azərbaycan və Xorvatiya müqavilə-hüquq bazasını gücləndirəcək
07.03.2012 [18:05] - Gündəm, Hüquq
Xorvatiya Prezidenti İvo Yosipoviçin Azərbaycana martın 12-13-nə nəzərdə tutulan rəsmi səfəri zamanı bir sıra ikitərəfli sənədlərin imzalanacağı gözlənilir.
Sənədlər paketinə gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergiqoymanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması, iki ölkənin hökumətləri arasında diplomatik və xidməti pasportlara malik şəxslər üçün vizanın ləğvi haqqında sazişlər, eləcə də minalara qarşı fəaliyyət və minalardan təmizləmə sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu daxildir. Bu barədə çərşənbə günü diplomatik mənbələrdən məlumat verilib.
Xorvatiya Prezidenti ölkə rəhbərliyi ilə rəsmi görüşlər keçirəcək, ikitərəfli əlaqələrin inkişaf perspektivlərini müzakirə edəcək.
Səfər çərçivəsində iki ölkənin işgüzar dairələrinin iştirakı ilə Azərbaycan-Xorvatiya biznes forumu keçiriləcək. Bunun üçün Bakıya 40-a yaxın Xorvatiya şirkətinin nümayəndələri gələcək.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2011-ci ildə iki ölkə arasında mal dövriyyəsinin həcmi 356,4 milyon dollar təşkil edib.
Bu xəbər oxucular tərəfindən 1477 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed