Şrift:
Dünya Bankı 2017-ci il üçün neftin qiymətinə dair proqnozunu qaldırıb
21.10.2016 [12:08] - Gündəm, İqtisadiyyat
Dünya Bankı 2017-ci il üçün neftin bir barelinin qiymətinə dair proqnozunu 55 dollara qaldırıb.
Turkustan xəbər verir ki, bu barədə DB-nin açıqlamasında deyilir.
Proqnoza əsasən, enerji daşıyıcıların qiyməti gələn il 25 faizədək qalxacaq. Cari il üçün neftin qiymətinə dair proqnoz bir barel üçün 43 dollar səviyyəsində saxlanılıb.
Qeyd edək ki, neft hasilatının həcminin “dondurulmasına” dair yekun qərarın noyabrın 30-da Vyanada keçiriləcək OPEK-in rəsmi görüşündə qəbul ediləcəyi gözlənir.
FacebookTwitterGoogle+Share
Bu xəbər oxucular tərəfindən 635 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed