Şrift:
Vaşinqtonda nümayişçilər muzeyi ələ keçirməyə cəhd ediblər
09.10.2011 [13:10] - Gündəm
Vaşinqton Milli aviasiya və kosmonavtika muzeyi nümayişçilərin hücumundan sonra bağlanıb.

Nümayişçilər əvvəlcə muzeydə pilotsuz uçuş aparatları sərgisinin yanında etiraz aksiyası keçirmək istəyiblər.

İçəri buraxılmadıqlarını görəndə aksiya iştirakçıları binanı ələ keçirməyə cəhd ediblər. Onlara qarşı gözyaşardıcı qazdan istifadə olunduqdan sonra nümayişçilər dağılışıblar. Aksiyada 200-dək etirazçı iştirak edib. Polis bir nəfər aksiya iştirakçısını həbs edib.

Nümayişçilər arasında «Kolumbiya mahalını işğal et» təşkilatının üzvləri olub. Bu təşkilat «Uoll-striti işğal et» qrupuna uyğun olaraq yaradılıb. Sonuncu sentyabrın ortalarından Nyu-Yorkda etiraz aksiyaları keçirir.
Bu xəbər oxucular tərəfindən 1097 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed