Şrift:
Azərbaycan və Xorvatiya arasında iqtsiadi sahədə əməkdaşlığın əsas prioritetləri müəyyənləşdirilib
25.10.2016 [10:49] - Gündəm, İqtisadiyyat
“Xorvatiya prezidenti ilə görüşümüzdə iqtisadi sahədə əsas prioritetlər müəyyənləşdirilib”.

Bunu bu gün Azərbaycan prezidenti İlham Əliyevin Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç keçirilən geniştərkibli görüşdən sonra mətbuata bəyanatda deyib. Dövlət başçısı bildirib ki, ticarət dövriyyəsinin səviyyəsini artırmalıyıq: “Nəqliyyat sahəsində yaxşı imkanlar var. Bu, təkcə Xorvatiyadan gəmilərin satın alınması ilə bağlı deyil. Baxmayaraq ki, bundan çox razıyıq, çox gözəl gəmilərdir. Gəmilər bizə Xəzər dənizində yükdaşımaları artırmağa imkan verir. Eyni zamanda Azərbaycandan keçən, şirkətlərə və ölkələrə vaxta qənaət etməyə imkan verəcək Şərq və Qərb arasındakı dəhliz, yeni İpək Yolu qeyd etmək istəyirəm. Nəqliyyat sahəsində əməkdaşlıq biznes dairələri üçün də yeni imkanlar açacaq”.
Bu xəbər oxucular tərəfindən 655 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed