Şrift:
Tiflis Azərbaycan Dövlət Dram Teatrı yeni mövsümə başlayır
25.10.2016 [11:07] - Gündəm, Afişa
Noyabrın 1-də Heydər Əliyev adına Tiflis Azərbaycan Dövlət Dram Teatrı yeni teatr mövsümünü gürcü klassiki David Kldiaşvilinin “Darispanın iztirabları” premyerası ilə açacaq.

Yeni tamaşa haqqında məlumatı teatrın aktyor-rejissoru Turqay Vəlizadə məlumat verib.

Onun sözlərinə görə, yeni premyera Tiflisdəki Kaxa Bakuradze adına teatrın tamaşa salonunda oynanılacaq. “Darispanın iztirabları” tamaşasında azərbaycanlı aktyorlardan Turqay Vəlizadə, Aslan Məmmədov, Leyla Qasımova, Bülbül Əliyeva, Aysel Məmmədova, Namiq Musayev ilə birgə gürcü və türk aktyorları Laura Rexviaşvili və Nicat Zəngin də rolları ifa edəcəklər.

Əsərin rejissoru teatrın rəhbəri Varlam Nikoladzedir. Tamaşa üç gün davam edəcək.
Bu xəbər oxucular tərəfindən 1091 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed