25.10.2016 [12:20] - Gündəm, İdman
Türkiyədə Fətullahçı Terror Təşkilatının dövlət çevrilişinə cəhdi zamanı general Semih Terzini alnından vuraraq öldürən əsgər Ömer Halisdemirin adı futbol klubuna veriləcək. "Sabah"ın verdiyi məlumata görə, bu barədə "Trabzonspor" klubunun idarə heyətində yer alan Gökhan Saral açıqlama verib.
G.Saral bildirib ki, şəhidin doğulduğu Çukurkuyu bölgəsinin həvəskarlardan ibarət futbol komandası onun adını daşıyacaq: "Klubun adı Ömər Halisdemir İdman Klubu olaraq dəyişdiriləcək. Biz də klub prezidenti Doğan Halisdemirlə görüşmüşük. "Trabzonspor" olaraq, komandanın bütün ehtiyaclarını qarşılamaq üçün hər cür dəstək verəcəyik".
Qeyd edək ki, bununla yanaşı "Trabzonspor" klubu şəhidin ailəsini "Akyazı" stadionunun açılışına dəvət edib.

Bu xəbər oxucular tərəfindən 632 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |