Şrift:
Türkmənistanda qadınlara siqaret satışı qadağan olunub
25.10.2016 [14:11] - Gündəm, Sosial
Ötən şənbə günündən etibarən Türkmənistanın dövlət mağazalarında qadınlara siqaret satışının qadağan olduğu barədə elanlar peyda olub. Virtualaz.org-un məlumatına görə, yerli mənbələrə istinadən xəbər verir ki, saatlarla növbə gözləyən qadınların əksəriyyəti bunu kassaya yaxınlaşandan sonra satıcılardan öyrənirlər. Satıcılar isə elanın “yuxarının tapşırığı” olduğunu bildirirlər. Aydın olan bir odur ki, belə bir qərar rəsmən verilə bilməz, çünki Türkmənistanda cinsi ayrıseçkilik qanunla yasaqdır.

Bəzi ekspertlər belə qərara səbəb kimi bəzi qadınların mağazalardan siqaretin qutusunu 19-20 manata alaraq, sonradan 2-3 qat baha qiymətə satmasını göstərirlər.

Lakin qadınlar hələ də özəl ticarət obyektlərində siqaret ala bilirlər, lakin burada siqaretin 1 qutusunun qiyməti 40-60 manata çatır. Ölkədə ciddi siqaret çatışmazlığı hiss olunur.
Qeyd edək ki, Türkmənistanda “qara bazar”da 1 ABŞ dolları 5-6 manata satılır, rəsmi məzənnə isə 3 manatdan bir qədər artıqdır.
Bu xəbər oxucular tərəfindən 674 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed