26.10.2016 [10:10] - Gündəm, Hadisə
Lerikdə qar fəsadlar yaradır. Ötən gecə Lerik rayonunda külək və şaxta ilə müşayiət olunan qarın yağması nəticəsində ağaclar aşıb. Elektrik və rabitə xətləri sıradan çıxıb. Gecə saatlarından etibarən bir sıra kəndlərdə işıq kəsilib, rabitə xətləri qırılıb. Cəngəmiran kəndi ərazisində elektrik dirəklərinin aşması və naqillərin qırılması səbəbindən qonşu kəndlərin bir neçəsi də işıqsız qalıb. Sakinlərin bildirdiyinə görə, kəndlərin çoxunda hazırda elektrik enerjisinin verilməsində fasilə yaranıb. Rayon ərazisində kəndlərin çoxu işıqsızdır.
Rayonun yüksək dağlıq hissəsi olan Orand ərazisində qarın qalınlığı 80 sm-ə qədərdir. Dünəndən bu istiqamətdə olan Orand, Pirəsora, Vuravud, Tekunu, Sorsçay və digər kəndlərin sakinləri işıqsız qalıblar.
Lerik Rayon İcra hakimiyyəti başçısının müavini, Fövqəladə hallar üzrə komissiyanın sədri Habil Məlikov yaranmış vəziyyətlə bağlı tədbirlərin görüldüyünü bildirib.
"Orand istiqamətində olan kəndlər həqiqətən də dünəndən işıqsız qalıb. Buna səbəb isə meşə ərazisindən keçən hissədə yüksək gərginlikli xəttin qırılmasıdır ki, dünəndən bu istiqamətində təmir briqadası çalışır. Dünən tamamlamaq mümkün olmasa da, bir neçə saat ərzində işlərin yekunlaşacağı gözlənilir. Rayon elektrik şəbəkəsi tərəfindən gecə saatlarında baş verə biləcək qəzaların qarşısını almaq məqsədilə bir neçə istiqamətlərdə də xətlər şəbəkədən ayrılıb. Briqadalar işləyir. Qəza olmayan xətlərdə yarım saat ərzində enerji verilişi bərpa olunacaq".
Qeyd edək ki, yaranmış problemlərin aradan qaldırılması üçün qüvvələr səfərbər edilib. Hazırda Lerik şəhərinin özündə qarın qalınlığı 20 sm, yuxarı ərazilərə qalxdıqca daha çoxdur. Lənkəran-Lerik yolunda nəqliyyatın hərəkətində hər hansı problem yoxdur.

Bu xəbər oxucular tərəfindən 755 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |