Şrift:
Masallının Böyük Təklə kəndində 50-yə yaxın evin həyətyanı sahəsini su basıb
27.10.2016 [10:01] - Gündəm, Hadisə
Cənub bölgəsinə yağan intensiv yağışlar nəticəsində Masallı rayonunun bir sıra yaşayış məntəqələrində evlərin həyətyanı sahəsini su basıb.

AZƏRTAC xəbər verir ki, Masallıda Viləşçay, Tatyançay, Boradigahçayda sululuğun səviyyəsi maksimum həddə çatıb. Rayonda sel sularına ən çox məruz qalan Böyük Təklə kəndində 50-yə yaxın evin həyəti su altında qalıb.

Sel sularının yaşayış məntəqələrində yaratdığı fəsadları aradan qaldırmaq məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Bu xəbər oxucular tərəfindən 654 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed