08.03.2012 [17:00] - Gündəm
“Həmas” təşkilatının rəsmisi yeni açıqlama verib.“Həmas” siyasi bürosunun üzvü Salah Bərdavil jurnalistlərə açıqlamasında İranın İsrail hücumuna məruz qalacağı təqdirdə Tehranın xahişi ilə İsraili raket atəşinə tutacaqları barədə məlumatları təkzib edib.Siyasi büro üzvü deyib: “Həmas” bölgədəki heç bir hərbi ittifaqın üzvü deyil. İsraillə İran arasında müharibə olsa, “Həmas” İranın xeyrinə bu müharibəyə girməyəcək. Bizim strategiyamız yalnız öz hüququmuzu müdafiə etməkdir və İranla İsrail arasında baş verəcək hər hansı qarşıdurmaya müdaxilə etməyəcəyik”.
Bu xəbər oxucular tərəfindən 1012 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |