Şrift:
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatında növbəti oyununu keçirəcək
27.10.2016 [12:53] - Gündəm, Bildiriş
17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması bu gün növbəti oyununu keçirəcək. Rəqib Avstriya yığması olacaq.
Qarşılaşma yığmanın yer aldığı 6-cı qrupun oyunlarına ev sahibliyi edən Rumıniyanın Buftya şəhərindəki Rumıniya Futbol Federasiyasının (FRF) Futbol Mərkəzinin stadionunda keçiriləcək.
İlk görüşdə İngiltərəyə 0:2 hesabı ilə məğlub olan Vüqar Məmmədin rəhbərlik etdiyi komanda hazırda qrupun sonuncu pilləsində yer alıb.
20:00. Azərbaycan U-17 - Avstriya U-17
Baş hakim: Petur Raynert (Farer adaları)
Baş hakimin köməkçiləri: Endryu Kristiansen (Farer adaları), Daniel Mitruti (Rumıniya)
Dördüncü hakim: Ketelin Qaman (Rumıniya)
UEFA nümayəndəsi: Patrik Felipek (Çexiya)
Hakim-inspektor: Cerard Perri (İrlandiya)
Rumıniya, Buftya. FRF-nin Futbol Mərkəzi
Qeyd edək ki, Azərbaycan yığması qrupdakı son oyununu ev sahibi Rumıniyaya qarşı keçirəcək.
Bu xəbər oxucular tərəfindən 590 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed