08.03.2012 [18:40] - Gündəm
Qırğızıstan DİN Yol-Patrul Xidmətinin müfəttişləri qarşıdan gələn 8 Mart bayramı ərəfəsində qadınları özünəməxsus şəkildə təbrik edirlər. Belə ki, onlar cərimə əvəzinə qadınlara qısa öyüd-nəsihətdən sonra gül təqdim edirlər. Bu barədə çərşənbə axşamı Qırğızıstan DİN-in mətbuat xidmətinin məlumatında deyilir.
"Bu o deməkdir ki, Beynəlxalq Qadınlar Günü ərəfəsində bayram əhval-ruhiyyəsi təkcə evlərdə və banket zallarında deyil, Bişkək şəhərinin yollarında da hiss olunur", - mətbuat xidmətindən bildiriblər.
Məlumatda deyilir ki, son bir neçə il ərzində qadın sürücülərin sayı sürətlə artır. Zərif cinsin getdikcə daha çox nümayəndəsi imtahan verərək vəsiqə alır və məmnuniyyətlə avtomobilin sükanı arxasında əyləşirlər.
"Bu günlərdə biz qadınları xırda xətalara görə cərimə etmirik. Sadəcə izahat işi aparır, təbrik edir və buraxırıq. Lakin dərhal qeyd etmək istəyirəm ki, ciddi pozuntulara görə bayrama baxmayaraq cərimələr tətbiq ediləcək. Lakin qadınlar kişilərə nisbətən avtomobili daha səliqəli idarə edirlər, ona görə də ümid edirəm ki, belə problemlər baş verməyəcək", - milis polkovniki Temirkan Kerimbayev deyib.

Bu xəbər oxucular tərəfindən 1075 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |