28.10.2016 [08:51] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Fransanın xarici işlər naziri Jan-Mark Eyro bu gün erməni həmkarı Edvard Nalbandyanla bir sıra ikitərəfli münasibətləri və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə edəcək.
RİA Novosti-nin verdiyi məlumata görə, bunu jurnalistlərə Fransa Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Romen Nadal deyib.
O qeyd edib ki, J.Eyro bu gün Ermənistandan olan həmkarını qəbul edəcək: "Bu görüş ikitərəfli əməkdaşlıq haqqında sazişlərin imzalanmasına təkan verə bilər".
XİN rəsmisinin sözlərinə görə, iki nazir danışıqlar vasitəsilə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və davamlı həllini tapmaq üçün ATƏT-in Minsk qrupunun həmsədrlərinin təkliflərini müzakirə edəcəklər.

Bu xəbər oxucular tərəfindən 824 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |