28.10.2016 [09:04] - Gündəm, Mədəniyyət
AMEA Mərkəzi Elmi Kitabxanasının və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə “Kitabxanada bir gün” adlı Beynəlxalq Məktəb Kitabxanaları gününə həsr edilmiş tədbir keçirildi.
Tədbiri giriş sözu ilə açan Mərkəzi Elmi Kitabxannın direktoru Leyla İmanova bu günün əhəmiyyətindən bəhs edərək, kitabxanaların elmin, təhsilin, mədəniyyətin inkişafında mühüm rol oynadığını vurğuladı. L.İmanova Mərkəzi Elmi Kitabxanada oxucuların sayında tələbə gənclərin üstünlük təşkil etdiyini qeyd etdi.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Beynəlxalq Məktəb Kitabxanaları günü münasibətilə kitabxanaçıları təbrik etdi, onlara bu şərəfli yolda uğurlar arzuladı. O.Səmədov Bilik Fondunun kiril qrafikası ilə yazılmış kitabları qocalar evinə paylamasından bəsh edərək bu işin önəmini vurğuladı. Çıxışçı eyni zamanda qatarlarda sərnişinlər üçün mini kitabxanaların, mehmanxanalarda, səfirliklərdə, uşaq əyləncə mərkəzlərində kitabxanaların yaradılmasının vacib olduğunu qeyd etdi. O.Səmədov tələbələri kitabxanalara cəlb etmək üçün dünya təcürbəsindən nümunələr sadaladı.
MEK-in Kitabxana-Xidmət şöbəsinin Fondların mühafizəsi bölməsinin əməkdaşı, əməkdar mədəniyyət işçisi Adilə Məmmədova kitabxananın Nadir kitab fondunda mühafizə olunan "Miniatür kitab kolleksiyasını" təqdim etdi. AMEA Mərkəzi Elmi Kitabxanasının Nadir fondunda 640 nüsxə miniatür kitab mühafizə olunur. Bu kitablar əsasən Moskva Mərkəzi Kitab kollektorundan və kitab mübadiləsi yolu ilə əldə edilib. Kitablardan bir neçəsi haqqında təqdimatda məlumat verildi.
Bilik Fondunun əməkdaşı Ramilə Qurbanlı fondun tələbələrlə birlikdə hazırladığı “Azərbaycan nağılları” kitabını təqdim edərək, buradakı nağılların ingilis dilində çap edildiyini vurğuladı.
Daha sonra MEK-in Kitabxana-Xidmət şöbəsinin Fondların formalaşdırılması bölməsinin əməkdaşı Xədicə Ağayeva tərəfindən sentyabr-oktyabr ayları ərzində kitabxanaya daxil olan sənədlər (kitablar, dissertasiyalar, jurnallar və s.) haqqında tədbir iştirakçıları ətraflı məlumatlandırdı.
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Xəlil İsmayılov azərbaycanlı ziyalılar haqqında olan minatür kitablarının sayının artırılmasını təklif etdi.
Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının əməkdaşı Əliyusif Məmmədov belə tədbirlərin kitabxanaların inkişafına mühüm töhfə verəcəyini bildirdi. O, çıxışında minatür kitabları biblioqrafik fenomen və incəsənət nümunəsi adlandırdı. Məktəb kitabxanalarına diqqətin artırılmasını və xarici təcürbədən yararlanmağı tövsiyyə etdi.
Çıxışlardan və müzakirələrdən sonra Mərkəzi Elmi Kitabxanın direktoru Leyla İmanova, o cümlədən bir qrup əməkdaşı Bilik Fondu tərəfindən Beynəlxalq Məktəb Kitabxanaları günü münasibətilə təşəkkürnamə ilə mükafatlandırıldılar.
AMEA Mərkəzi Elmi Kitabxana
Beynəlxalq və İctimaiyyətlə Əlaqələr şöbəsi
Əlaqə:
(012) 539-73-67 (daxili 12-12)
info@mek.az

Bu xəbər oxucular tərəfindən 658 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |