Şrift:
Fransanın mədəniyyət naziri bu gün Bakıya səfərə gəlir
09.03.2012 [10:16] - Mədəniyyət
Fransanın mədəniyyət naziri Frederik Mitteran bu gün Bakıya ikigünlük səfərə gəlir.
Martın 10-da fransalı nazirin iştirakı ilə Bakı İncəsənət Muzeyində "Plaisirs de France" adı altında Fransa tətbqiqi sənət incilərindən ibarət sərginin açılışı olacaq. Bu barədə Azərbaycanın Fransadakı səfirliyindən məlumat verilib.
Sərginin açılışı haqqında razılaşma ötən il Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Fransanın mədəniyyət naziri Frederik Mitteranla Parisdə görüşü zamanı əldə olunub.
2 ay nümayiş olunacaq sərgi Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilir.
Bu xəbər oxucular tərəfindən 1195 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed