Şrift:
28 oktyabr 1995-ci ildə Bakı metropolitenində baş vermiş tarixin ən böyük metro qəzası
28.10.2016 [12:21] - Gündəm, Bildiriş
Dünyanın ən dəhşətli hadisəlıri sırasında metro qəzaları da yer almışdır.
Keçən əsrin lap başlanğıcında - 1903-cü il avqustun 10-u axşam saatlarında Parisdə 100-ə yaxın sərnişinin həyatına son qoyan metro faciəsi bəşər tarixində ilk və son metro faciəsi olmamışdır.
1973-cü ildə İngiltərədə baş verən metro qəzası 45 sərnişinin, 1982-ci il fevralın 17-sində Moskvada "Aviamotornaya” stansiyasında baç verən qəza 8 nəfərin ölümünə , 30-dan çox insanın xəsarət almasına səbəb olmuşdu.

2006-cı ildə bu qəzaların daha bir amansızı İspaniyanın Valensiya şəhərində baş vermiş, nəticədə 41 nəfər həlak olmuş,onlarla sərnişin isə müxtəlif dərəcdə xəsarət almışdı.
2009-cu il iyunun 22-də Amerikada – " Takoma” və "Fort Totten” stansiyaları arasında qatarların bir-birinə çırpılması nəticəsində 9 nəfər ölmüş, 76 nəfər isə ağır bədən xəsarətləri almışdı.
1995-ci il oktyabr ayının 28-də Bakı metropoliteninin "Ulduz" və "Nərimanov" stansiyaları arasındakı tuneldə baş verən metro qəzası isə dünya metro qzaları arasında ən müdhiş qəza idi. Həmin hadisədə qatarın alışması nəticəsində 289 nəfər (126 qadın, 28 uşaq, 3 xilasedici) həlak olmuş, 270-i yaralanmışdı. Tələfatın böyük olması qatarın tuneldə alışması və xilasetmə əməliyyatının yetərsizliyi ilə bağlı idi. Elə qəzanın əsas səbəbi kimi də köhnə avadanlıqlarla təchiz olunmuş qatarın nasazlığı, habelə maşinistin səhv qərar verməsi göstərilir.
Hadisədə terror əməli aşkarlanmadı və o, texniki qəza kimi qiymətləndirildi. Belə ki, uzun müddət məsələni araşdıran istintaq qrupu qəzanin sırf səhlənkarlıqdan baş verdiyini açıqlanıb. Maşinist qatarı tuneldə saxlayıb, insanlar isə təşviş içində vaqonlardan çıxıb qaçmağa başlayıblar. Havalandırma sistemi pis olduğundan tuneldəkilər oksigen çatışmazlığından dünyasını dəyişib, bəziləri təvişə düşərək qaçışmağa başlaıb və ayaq altında qalaraq ölmüşlər.
Aparılan araşdırma nəticəsində maşinistin qatarı tuneldə saxlamaq qərarı səhv sayılmışdı.
Təhlükəsizlik qaydalarına riayət edilməməkdə günahlandırılan qatarın maşinisti və dispetçeri 10 il müddətinə azadlıqdan məhrum edilib.

Ölkədə 3 gün matəm elan olundu, qəzada həlak olanların dövlət hesabına dəfn olunması və ailələrinə müəyyən yardım edilməsi təmin olundu.
Dünya ölkələrindəki heç bir metropolitendə indiyədək bu qədər itki ilə nəticələnən qəza olmadığına görə, Bakı metrosundakı 28 oktyabr qəzası "Ginnesin rekordlar kitabı"na düşdü.
Bu xəbər oxucular tərəfindən 900 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed