Şrift:
Mahaçqalada 72 uşaq zəhərlənərək xəstəxanaya yerləşdirilib
29.10.2016 [11:46] - Gündəm, Dərbənd
Mahaçqalada 108 yerli sakin yoluxucu bağırsaq infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilib

“İnterfaks” agentliyinin verdiyi xəbərə görə, onlardan 72 nəfəri uşaqlardı.

İlkin məlumata əsasən, zəhərlənməyə içməli su səbəb olub. Hadisənin sakinlərin istifadə etdiyi içməli suyun yağış sularına qarışması nəticəsində baş verdiyi ehtimal olunur.

Hadisə ilə əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, Mahaçqalada son günlər intensiv yağışlar müşayiət olunub.
Bu xəbər oxucular tərəfindən 5893 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed