Şrift:
Ermənistanda üsyana çağırış
29.10.2016 [12:07] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Biz əminik ki, 2017-ci ilin yazında seçkilər üç əsas prinsipə uyğun keçirilməyəcək - ədalətli, azad və şəffaf olmayacaq. Ermənistan mediası xəbər verir ki, “Sasna Tsrer” hərəkatının siyasi şurası yaydığı yol xəritəsində bu məqsədlərə çatmaq üçün məqsəd və vasitələri açıqlayıb. Artıq “Facebook”da müzakirələr gedir, belə tənqidlər səslənir ki, bu proqram mahiyyətcə üsyana çağırışıdır.
Bu sənəddə rejimin xalq üsyanı ilə uzaqlaşdırılmasından, lokal və kütləvi fəaliyyətin təşkilindən, bütün bunların reallaşdırılması üçün vacib olan vasitələrdən bəhs edilir.
“İrs” partiyasının vitse-sədri, “Sasna Tsrer”in siyasi şurasının üzvü Armen Martirosyan deyib ki, ağsaqqallar şurasına keçirilən son seçki bonusun az olduğunu göstərib: “İndi “bonus üçün bonus” mexanizmi tətbiq olunur. Hakimiyyət göstərdi ki, onlar normal seçki prosesinin həyata keçirilməsinə hazır deyillər.
Biz onların tətbiq etdikləri üsullardan xəbərdarıq – genişmiqyaslı rüşəvtxorluq, administartiv resurslar, dərhal bir neçə yüz min İdentifikasiya kartları, ona görə biz əminik ki, 2017-ci ilin yazında seçkilər üç əsas prinsiplə - ədalətli, azad və şəffaf keçirilməyəcək. Bunu nəzərə alaraq hakimiyyətin səsvermə ilə dəyişməsinə nail olmaq mümkün deyil”.
Onun fikrinzə, xalqın mübarizəsinə gəldikdə, Konstitusiyada qeyd edilir ki, hakimiyyət xalqa məxsusdur və xalqın üsyan yolu ilə hakimiyyəti dəyişmək haqqı var:
“Hazırda söhbət hərbi üsyandan getmir. Bizim başqa yolumuz yoxdur, ölkədə köklü dəyişikliyə nail olmaq mümkündür?”
Bu xəbər oxucular tərəfindən 1007 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed