Şrift:
Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu keçiriləcək
29.10.2016 [12:08] - Gündəm, İqtisadiyyat
Azərbaycan-Gürcüstan-Türkiyənin 3 tərəfli formatda növbəti biznes forumunun noyabr ayında Türkiyədə keçirilməsi nəzərdə tutulur. İqtisadiyyat nazirliyinin mətbuat xidməti xəbər verir ki, bunu Gürcüstanda səfərdə olan nazir Şahin Mustafayev bu ölkənin baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili ilə görüşdə bildirib.
D.Kumsişvili də Gürcüstanın Azərbaycanla iqtisadi əlaqələrin genişləndirilməsində maraqlı olduğunu, əməkdaşlığın inkişafı üçün böyük potensialı olduğunu qeyd edib.
Son iki ildə Azərbaycanın Gürcüstana ən çox investisiya yatıran ölkə olduğunu vurğulayan D.Kumsişvili ölkəsinin Azərbaycan investisiyasına açıq olduğunu və bu istiqamətdə ölkəmizi dəstəklədiyini vurğulayıb.
Görüşdə hər iki ölkənin böyük turizm imkanlarının olduğu vurğulanıb və bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün birgə tədbirlərin həyata keçirilməsinin əhəmiyyəti qeyd edilib. Həmçinin, görüşdə qarşılıqlı investisiya qoyuluşu, ticarət və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib, ikitərəfli ticarətin təşviqi ilə bağlı işçi qrupunun yaradılması barədə razılıq əldə olunub.
Bu xəbər oxucular tərəfindən 588 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed