09.03.2012 [12:16] - Gündəm
“İran və Ermənistan sərhədində 100 min hektarlıq ərazidə “Dostluq və sülh” parkı salınacaq”. İRNA-ya istinadən verilən məlumata görə, bu barədə İran prezidentinin müavini Məhəmməd Cavad Məhəmmədzadə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, park rəsmi İrəvan və Tehran arasında imzalanmış əməkdaşlıq protokolu əsasında salınacaq: ““Dostluq və sülh” parkında hər iki ölkənin sərhədləri qorunulacaq. Parkın coğrafı ərazisi 2 ay ərzində müəyyən olunacaq”. M. Məhəmmədzadə əlavə edib ki, İran və Ermənistan arasında ətraf mühitlə bağlı ilk əməkdaşlıq protokolu 10 il əvvəl imzalanıb.
Bu xəbər oxucular tərəfindən 1634 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |