31.10.2016 [12:32] - Gündəm, Mədəniyyət
Hələ 2007-ci ilin fevral ayında ölkə başçısı cənab İlham Əliyev Fransada rəsmi səfərdə olarkən, Fransa Respublikasının o zamankı prezidenti Jak Şirak öz çıxışında belə demişdir: “Bölgədəki xalqların özünəməxsusluğu Xəzər sahillərinin çoxsaylı səyahətçiləri arasında Fransada və Avropada çox yaxşı tanınan Aleksandr Dümanın “Qafqaza səyahət” əsərində təsvir olunmuşdur. 1858-ci ildə Bakıda Düma qonağı olduğu ev sahiblərinin fransız mədəniyyəti və fəlsəfəsinə marağına valeh olmuşdur. Paytaxt şəhərin cazibəsinə vurulmuş Düma sizin poeziya ənənələrinin və onun böyük nümayəndələrinin, o cümlədən məşhur Nizami Gəncəvinin əsərlərinin və böyük şairəniz Natəvanın heyranedici təsirinə qapılmışdır. Belə deyirlər ki, Natəvan öz istedadı və gözəlliyi ilə onu məftun etmişdir”.
Tarixdən də məlumdur ki, Bakıdakı həmin görüş zamanı xan qızı Xurşudbanu Natəvanla yazıçı Aleksandr Düma (ata) şahmat oynamış, böyük şairəmiz ona qalib gəlmişdir. Məğlub olduğunu görən fransalı qonaq özü ilə gətirdiyi şahmatı və görkəmli sərkərdə Napoleonun kiçik büstünü Natəvana bağışlamışdır. Şairənin həyat yoldaşı, fransızcanı öz ana dili qədər təmiz və səlis bilən knyaz Xasay xan Usmiyevə isə “Devim” tipli tapança hədiyyə etmişdir. Xan qızının da Dümaya hədiyyəsi olmuşdur. Bu barədə yazıçı özünün “Qafqaza səyahət” əsərində belə yazmışdır: “...Bir saatdan sonra Xasay xandan təmiz fransızca yazılmış bu məzmunda bir məktub aldım: “Möhtərəm cənab, siz ən yaxşı silaha maliksiniz, sizin kolleksiyanıza bir şey əlavə etmək məqsədilə bu iki arxalıqla, kisəciyi qəbul etmənizi knyaginya sizdən xahiş edir. Kisəcik knyaginyanın öz əli ilə toxunmuşdur”. Düma kitabında Xurşudbanu Natəvan tərəfindən ona bağışlanan kisəciyi xüsusi qiymətləndirmişdir.
Aleksandr Dümanın şairəyə ərmağan etdiyi şahmatın fiqurlarından bir neçəsi hazırda Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı muzeyində, bir neçəsi də Rüstəm Mustafayev adına Dövlət İncəsənət muzeyində saxlanılır. Napoleonun büstü isə xan qızının nəticəsi Leyla xanım Usmiyeva tərəfindən ötən əsrin 80-ci illərində Üzeyir bəy Hacıbəylinin ev-muzeyinə verilmişdir.
Azərbaycan mədəniyyəti, ədəbiyyatı XIX-XX əsrlərdə Fransada geniş təbliğ olunmuş, fransızlar arasında hədsiz maraq doğurmuşdur. Dünya şöhrətli dahi bəstəkarımız Üzeyir bəy Hacıbəylinin kiçik qardaşı Ceyhun bəy Hacıbəyli hələ keçən əsrin əvvəllərində Fransa mətbuatında Azərbaycan tarixinin, ədəbiyyatının, mədəniyyətinin geniş təbliğində çox böyük işlər görmüşdür.
C. Hacıbəyli 1916-cı ildə Sorbonna universitetini bitirərək, gözəl mütəxəssis kimi doğma Azərbaycana qayıtmışdır .Bakıda müxtəlif qəzet və jurnallarda mühərrir, eyni zamanda tərcüməçi kimi çalışmışdır. 1918-ci ildən dərc edilən “Azərbaycan” qəzetinin baş redaktoru olmuşdur. 1919-cu ildə Ceyhun bəy Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyətinin məsul katibi olaraq Fransaya “Versal” sülh konfransına getmişdir. Lakin 1920-ci ilin 28 aprelində Azərbaycan rus qoşunları tərəfindən işğal olunduqdan sonra, Fransaya gedən nümayəndələrin hamısı kimi C. Hacıbəyli də bir daha vətənə qayıtmamış, ömrünün sonuna qədər (1962) Parisdə mühacirətdə yaşamışdır.
Ceyhun bəy Hacıbəyli “Azadlıq” radiosunun yaradıcılarından biri olaraq Azərbaycanın müstəqilliyi naminə yorulmadan çalışmış, eləcə də ədəbiyyatımızın, incəsənətimizin, tariximizin Avropada geniş təbliği ilə məşğul olaraq, müxtəlif qəzet və jurnallarda çıxış etmişdir. 1925-ci ildə qardaşı Üzeyir bəy Hacıbəylinin məşhur “Arşın mal alan” operettasını fransız dilinə tərcümə edərək, Parisdə tamaşaya qoymuşdur. Əsər Fransada çox böyük maraq və müvəffəqiyyətlə qarşılanmışdır. Bundan əlavə C. Hacıbəyli “XIX əsrin əvvəlləri Azərbaycan tarixçisi Abbasqulu ağa Bakıxanov”, “Qarabağ” (Qafqaz Albaniyası) dialekti və folkloru” və digər əsərlərini Parisdə çıxan Jurnal Aziatik” dərgisində çap etdirmişdir. Ceyhun bəy ömrünün son illərində keçmiş SSRİ-ni öyrənən institutun Parisdə, fransız dilində nəşr etdiyi “Qafqaz” dərgisinin Azərbaycan bölməsində dərc edilən məqalələrin hazırlanması və nəşri ilə məşğul olmuşdur.
Fransa ictimaiyyəti hələ o illərdən Azərbaycan incəsənəti və mədəniyyəti ilə tanış idi. Hətta 1958 -1969-cu illərdə Fransa Respublikasının Prezidenti olmuş general Şarl de Qoll Bakıda Üzeyir bəy Hacıbəylinin “Koroğlu” operasına da baxmışdır. Bu hadisə 1944-cü ildə olmuşdur. Hələ o vaxtlar Şarl de Qoll faşist Almaniyası qarşısında Fransa təslim olduqdan sonra, Fransanın dirçəlişi naminə fransızların vətənpərvərlik hərəkatına rəhbərlik etmişdir. O, özünün rəhbərliyi altında vətənpərvərlərdən ibarət müqavimət dəstələri yaratmışdır. Onu da qeyd edək ki, Fransanın milli qəhrəmanı, şəkili Əhmədiyyə Cəbrayılov Şarl de Qollun yaxın dostu olmuş, onunla müqavimət dəstəsində çiyin-çiyinə mübarizə aparmışdır.
26 noyabr 1944-cü ildə Şarl de Qoll rəhbərlik etdiyi Müvəqqəti Fransa hökumətinin nümayəndə heyəti və Fransanın xarici işlər naziri Jorj Bido ilə birlikdə Moskvaya getmək üçün Tehrandan Bakıya gəlmişdir. Noyabrın 27-də Azərbaycan Dövlət Opera və Balet teatrında məxsusi olaraq De Qoll üçün Ü. Hacıbəylinin məşhur “Koroğlu” operası göstərilmişdir. Tamaşa zamanı general əsərin müəllifi, dahi bəstəkar Üzeyir bəy Hacıbəyli ilə tanış olmuşdur. Görüş çox səmimi keçmişdir. Onlar teatrın hökumət lojasında bərabər oturmuşlar. “Koroğlu” operasına tamaşa edən De Qoll tamaşadan vəcdə gəldiyini bildirmişdir. Üzeyir bəy operanın məzmununu qonağa anlatmaq istərkən, Şarl de Qoll demişdir ki, o, “Koroğlu” dastanı ilə tanışdır. Onu Fransada çıxan “Vətən xatiratı”nda” ( “Oteçestvennıye zapiski”) oxumuşdur.” Koroğlu” operasını isə çox bəyəndiyini, əsərdən böyük zövq aldığını söyləmiş və onun müəllifi Üzeyir bəy Hacıbəyli ilə tanışlığından məmnun qaldığını dönə-dönə vurğulamışdır. Ertəsi gün görkəmli siyasi xadim qatarla Moskvaya yola düşmüşdür.
Mədəniyyətimizlə yüksək səviyyədə tanış olan, maraqlanan Fransa xalqı həmişə Azərbaycanın mədəni irsinə valeh olmuş və məftunluğunu heç zaman gizlətməmişdir. Məlumdur ki, bütün dünyada olduğu kimi Fransada da Üzeyir bəy Hacıbəyli və onun ölməz əsərləri ilə maraqlanır və sevirlər. Hətta 2004-cü ildə, mən hələ Üzeyir Hacıbəylinin ev-muzeyində çalışdığım zaman Parisdən rejissor Dominik Domiyo və aktrisa Selin Bark muzeyə gəlmişdilər. Mənin haqqımda onlara tanınmış həmyerlimiz, Azərbaycanı Fransada layiqincə təmsil edən Şirin xanım Məlikoff söyləmiş və fransalı sənətkarlara mənimlə görüşməyi tövsiyə etmişdir. O zaman çox böyük ümidlərlə Bakıya təşrif buyurmuş qonaqlar dahilər dahisi Üzeyir bəy Hacıbəylinin bütün Şərq aləmində ilk operası olan “Leyli və Məcnun” əsərini Parisdə tamaşaya qoymaq arzularını bildirmişdilər. Bu xəbər təbii ki, məni çox sevindirmişdi. Bununla bağlı əlimdən gələn köməyi onlara göstərməyə çalışmışdım. Onlara dahi bəstəkarımızın həyat və yaradıcılığı haqqında geniş məlumat vermişdim, kitablar bağışlamışdım, sənədli film nümayiş olunmuşdu. Lakin fransalı sənətçilərin arzuları elə arzu olaraq da qaldı. Doğrudur, “Leyli və Məcnun” operası kiçik heyətlə Fransada göstərilib. Lakin orada onu səhnələşdirmək hələ ki, baş tutmayıb. Bu məqamda xüsusi olaraq qeyd edim ki, Üzeyir bəy Hacıbəylinin “Leyli və Məcnun” operasının librettosunu Ceyhun bəy Hacıbəyli fransız dilinə tərcümə etmişdir.
Son illər Azərbaycan və Fransa əlaqələri geniş vüsət alır. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Fransada Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı bir-birindən maraqlı tədbirlər həyata keçirilir. Mədəniyyətimiz, incəsənətimiz orada layiqincə təbliğ olunur. Yəqin ki, vaxt gələcək Üzeyir bəy Hacıbəylinin “Leyli və Məcnun” operası da fransız dilində Fransada tamaşaya qoyulacaq və Fransa xalqını valeh edəcək. Vaxtilə bu missiyanı həyata keçirmək istəyən sənətçilərin də arzuları gerçəkləşəcək.
Bəli, Azərbaycan mədəniyyəti öz gözəlliyi, möhtəşəmliyi, əsrarəngizliyi ilə XIX - XX əsrlərdə olduğu kimi XXI əsrdə də fransızları məftun etməkdədir.
Səadət QARABAĞLI
Üzeyirbəyşünas

Bu xəbər oxucular tərəfindən 818 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |