Şrift:
Amerikalı general Moskva və Tehranı Suriyanı silahla təchiz etməkdə suçladı
09.03.2012 [13:28] - Gündəm
Bu barədə ABŞ Mərkəzi Ordu komandanı general Ceyms Mattis açıqlama verib.Suriyanın Hava Hücumundan Müdafiə (HHM) qüvvələri Rusiya istehsalı olan yeni raketlərlə təchiz edilir. Bu isə ölkənin səmasına Qərbin Hərbi Hava Qüvvələrinin nəzarət etməsini çətinləşdirir. «Newsru» xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Ordu komandanı general Ceyms Mattis açıqlama verib.Senatın müdafiə üzrə komitəsinin dinləmələrində çıxışı zamanı general Suriya Hava Hücumundan Müdafiə qüvvələrinin çeşidli və müasir avadanlıqlarla (təchizat) təchiz edildiyini söyləyib.Mattis Suriya müxalifətinin ABŞ tərəfindən hərbi cəhətdən dəstəklənməsi planını bölüşməkdən imtina edib. O, sadəcə olaraq, deyib ki, bu ölkə üzərində uçuşsuz zonanı (məntəqə) yaratmaq asan tapşırıq deyil və bu, böyük vəsait tələb edir.Generalın sözlərinə görə, Suriyada vəziyyət daha da ağırlaşacaq: «Əsəd suriyalılara qarşı daha sərt və ağır silahlar tətbiq edəcək».O, Tehran hakimiyyətinin də Suriya prezidenti Bəşər Əsədə silah, kəşfiyyat məlumatları və təlimatlarla yardım etdiyini vurğulayıb.Amerikalı general onu da qeyd edib ki, Suriyada yetərincə bioloji və kimyəvi silah ehtiyatı var.
Bu xəbər oxucular tərəfindən 1563 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed