Şrift:
Türkiyədə Ədalət və İnkişaf Partiyasının binasına edilən hücumla əlaqədar 9 nəfər saxlanılıb
01.11.2016 [10:20] - Gündəm, Hüquq
Türkiyənin Mardin vilayətinin Qızıltəpə rayonunda hakim Ədalət və İnkişaf Partiyasının binasına edilən hücumla əlaqədar 9 nəfər saxlanılıb.

“Anadolu” agentliyinin verdiyi xəbərə görə, şübhəlilərin ev və iş yerlərində aparılan axtarışlar zamanı çox sayda sənəd ələ keçirilib.

Ötən gün Qızıltəpədə hakim Ədalət və İnkişaf Partiyasının binasına hücum edilib. Hadisə nəticəsində binanın mühafizəsini təmin edən 3 polis əməkdaşı yaralanıb.

Hücumun arxasında PKK terror təşkilatının durduğu ehtimal edilir.
Bu xəbər oxucular tərəfindən 595 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed