01.11.2016 [11:45] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Ekspertlərin fikrincə, Azərbaycan-Türkiyə hərtərəfli əlaqələrinin daha da inkişaf etdirilməsi nəticəsində ölkələrimiz arasındakı ticarət dövriyyəsinin bu səviyyəyə çatdırılması realdır
Türkiyənin Azərbaycana yeni təyin edilmiş səfiri Erkan Özoral bu günlərdə "Trend” İnformasiya Agentliyinə müsahibəsində ölkələrimiz arasındakı dərin qardaşlıq əlaqələrindən bəhs edib. Bildirib ki, bu əlaqələr Azərbaycanın müstəqillik əldə etməsindən ötən 25 ildə hər keçən gün daha da möhkəmləndirilib. Onun sözlərinə görə, bu sahədə diplomatların üzərinə düşən vəzifə mövcud olan sıx əlaqələri, ən yüksək rəsmi səviyyələrdə qurulmuş münasibətləri hər zaman inkişaf etdirməkdir. E.Özoral bildirib ki, Türkiyə ilə Azərbaycan 25 il ərzində Bakı-Tbilisi-Ərzurum qaz boru, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərləri kimi çox böyük layihələri birlikdə həyata keçirib. Diplomatın fikrincə, bundan sonra hədəfdə Bakı-Tbilisi-Qars və TANAP kimi layihələrin reallaşdırılması dayanır. "Bu işləri ən qısa vaxtda tamamlamaq, bu layihələri istismara vermək qarşıda duran ən böyük tapşırıqlardan biridir”, deyən səfir onu da əlavə edib ki, ikitərəfli ticarət dövriyyəsini artırmaq, bu həcmi 2023-cü ildə 15 milyard dollar səviyyəsinə çatdırmaq qarşıdakı ən böyük hədəflərdəndir.
Türkiyənin Azərbaycandakı səfiri E.Özoralın dilə gətirdiyi bu hədəflərə çatmağın nə dərəcədə real olması, həmçinin bu hədəflərə çatmaq üçün hansı tədbirlərin həyata keçirilməsinin zəruriliyini öyrənmək üçün Milli Məclisin deputatlarına müraciət etdik. Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ Rayon Təşkilatının sədri Aydın Hüseynov mövzu ilə bağlı "Kaspi”yə açıqlamasında bildirib ki, hal-hazırda Azərbaycanın ticarət dövriyyəsində Rusiya və Türkiyə ən önəmli yerləri tuturlar. Deputatın sözlərinə görə, Azərbaycanla ticarət dövriyyəsinin həcminə görə Rusiya birinci, Türkiyə isə ikinci yerdədir. Millət vəkili deyib ki, gələcəkdə Azərbaycan və Türkiyə arasındakı əlaqələrin inkişafı, hərtərəfli əməkdaşlığın genişləndirilməsi nöqteyi-nəzərindən qardaş ölkə Azərbaycanın ticarət dövriyyəsində daha önəmli yer tutacaq: "Bu baxımdan, səfirin qeyd etdiyi kimi, Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin 2023-cü ildə 15 milyard dollara çatdırılması realdır. TANAP və TAP layihələrində hər iki ölkənin yaxından iştirakı, Türkiyənin bu layihədə yalnız tranzit ölkə kimi deyil, bu layihə ətrafında formalaşdırılan digər infrastrukturlarda da rol alması ticari, iqtisadi, siyasi əlaqələrimizi daha da inkişaf etdirəcək. Bundan başqa, Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi istiqamətində başlıca vəzifə kimi sənayeni, o cümlədən yüngül sənayeni daha da inkişaf etdirməyi qarşısına məqsəd qoyub. Türkiyənin də yüngül sənayenin inkişaf etdirilməsi sahəsində böyük təcrübəsi var. Bu təcrübənin öyrənilməsi və tətbiqi, o cümlədən Azərbaycanda pambıqçılığın, ipəkçiliyin, mahudçuluğun inkişaf etdirilməsi istiqamətində işlər görülməkdədir. Bu sahədə biz Türkiyəni özümüz üçün böyük bazar hesab edirik. Eləcə də turizm sahəsində. Hər kəsə məlumdur ki, Türkiyənin dövlət büdcəsində turizmdən gələn gəlir böyük rol oynayır. Bu sahədə də Türkiyə ilə əməkdaşlığımızın inkişaf etdirilməsi nəzərdə tutulur. Ümumilikdə bütün sahələrin inkişaf etdirilməsini, əlaqələrimizin daha da möhkəmləndirilməsini əsas götürsək, gələcəkdə ölkələrimiz arasında ticarət dövriyyəsinin 15 milyard dolları əhatə edəcəyini, hətta bu məbləği də keçəcəyini söyləmək olar”.
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev də qəzetimizə açıqlamasında qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasındakı hərtərəfli münasibətlər 2023-cü ildə ticarət dövriyyəmizin 15 milyard dollar həcminə çatmasına imkan verir. Millət vəkilinin sözlərinə görə, Azərbaycanın Türkiyədən idxal etdiyi, eləcə də ölkəmizin onlara ixrac elədiyi məhsulların həcmi artdıqca, yaxın gələcəkdə belə bir nəticə əldə etmək olar: "Hər iki ölkənin çox ciddi qaynaqları var, hər iki ölkə istehlakçı kimi bir-birinin mallarına tələbat duyur. Türkiyə nəhəng dövlətdir, Azərbaycan da ciddi bazardır. Düzdür, bizdə müsbət saldo əsasən karbohidrogen ehtiyatları hesabına olur. Amma, mən düşünürəm ki, ölkələrimiz arasındakı ticarət dövriyyəsində daha çox qeyri-neft sektoru məhsullarını ixrac etməyə çalışmalıyıq. Çünki, Türkiyənin sadəcə qaza, neftə deyil, digər məhsullara da ehtiyacı var. Azərbaycanda da bu məhsulları hazırlamaq, ixrac etmək potensialı var. Ümumiyyətlə, istər Türkiyə, istərsə də digər türk dövlətləri ilə Azərbaycan el dilində desək, bir köynək yaxındır. Bu mənada, gömrükdə tariflərin tətbiqi ilə əlaqədar müəyyən addımlar atmaq olar. Bu da ölkələrimiz arasında ticarət dövriyyəsinin artmasına təsir göstərə bilər. Yəni, həm gömrükdə sadələşdirmə aparmaqla, həm də müştərək müəssisələri yaratmaqla və sair bu kimi addımlarla ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmini artırmaq olar. Dünyada qlobal böhranın olduğunu nəzərə alsaq, Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmini artırmaq, iqtisadi, siyasi, humanitar sahələrdə əlaqələrimizi daha da genişləndirmək vacib şərtlərdən biridir. Belə olarsa, indiki böhran fonunda Türkiyənin valyutası da möhkəmlənər, hər iki ölkə kənara valyuta ehtiyatı çıxarmadan, bir-biri ilə mübadilə etməklə öz iqtisadiyyatlarını bir qədər də möhkəmləndirər, inkişaf etdirər. Misal üçün, Türkiyədə olan və Azərbaycanın tələbat duyduğu məhsulu biz nə üçün kənar ölkədən almalıyıq? Eləcə də Azərbaycanda olan və Türkiyənin tələbat duyduğu məhsul nəyə görə kənardan bu ölkəyə gətirilməlidir ki? Qarşılıqlı olaraq bu cür amillər nəzərə alınmalı, buna uyğun addımlar atılmalıdır. Fikrimcə, iqtisadiyyatda da siyasi ritorika üstünlük təşkil etməlidir. Əgər biz ölkələrimiz arasındakı münasibətləri hərtərəfli qaydada inkişaf etdirmişiksə, bu məsələ də nəzərə alınmalıdır”.

Rufik İSMAYILOV
Bu xəbər oxucular tərəfindən 789 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |