09.03.2012 [14:20] - Gündəm
Azərbaycan Dövlət Polisi, 8 Mart Dünya Qadınlar Günündə qadın sürücülərə gül surprizi edib. Paytaxt Bakıda müxtəlif yerlərdə yol polisi dayandırdığı qadın sürücülərə gül verib. Qayda pozuntusuna görə polisin saxladığı qadın sürücülər bayram səbəbi ilə cəzadan xilas olublar. Şəhərin mərkəzi küçələrində polis tərəfindən saxlanılan qadın sürücülər əvvəl qısa müddətə cəza qorxusu yaşayıblar.Cəza yazma məqsədiylə qadın sürücülərin sənədlərini alan polis işçisi güllə birlikdə sürücülərə sənədləri geri verincə qadınların üzlərindəki qorxu sevincə dönüşüb.Vəziyyəti sevinclə qarşılayan qadınlar, polisin "8 Mart Dünya Qadınlar Gününüz mübarək olsun" təbrikiylə yollarına davam ediblər. Saxladıqları hər bir qadın sürücülərinə güllə poz verən Bakı polisi, fürsətdən faydalanaraq, qadın sürücülərə qayda pozuntuları etməmələri və trafik qaydalarına uyğun gəlmələri mövzusunda xatırlatma edib.
Bu xəbər oxucular tərəfindən 1239 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |