Şrift:
Tümen vilayəti ilə Azərbaycan arasında logistik mərkəz yaradılması planlaşdırılır
01.11.2016 [12:55] - Gündəm, İqtisadiyyat
Azərbaycan və Tümen vilayəti arasında əməkdaşlığın formalarından biri logistikanın inkişafı ola bilər.
Bu barədə jurnalistlərə Tümen vilayətinin qubernatorunun müavini Vadim Şumkov bildirib.
Onun sözlərinə görə, Tümen vilayətinin nümayəndə heyəti Azərbaycan tərəfi ilə logistik mərkəz yaradılması məsələsi barədə müzakirələr aparmaq niyyətindədir. O, belə mərkəzin Azərbaycandan Tümenə məhsul tədarükünü artırmağa imkan verəcəyini əlavə edib: "Bu layihə sizə də maraqlı olmalıdır, bizə də. Tümen coğrafi baxımdan rahat yerdə yerləşir. Digər regionlara da məhsul tədarük etmək istəyirsinizsə, Tümen ən optimal regiondur. Üstəlik, Tümen heç də yoxsul region deyil".
Qubernatorun müavini vilayətdə yaşayan Azərbaycan icmasının rolunu da yüksək qiymətləndirib. O, həmçinin bildirib ki, tərəflər arasında marağın artması halında avia və dəmir yolu reyslərinin sayı da arta bilər.
Bu xəbər oxucular tərəfindən 661 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed