Şrift:
Goldman Sachs-dan neft ölkələri üçün bədbin proqnoz
02.11.2016 [09:26] - Gündəm, İqtisadiyyat
Dünyanın iri maliyyə xidmətləri şirkəti olan “Goldman Sachs Group Inc.”in hesabatına görə, OPEC-in bu ay keçiriləcək konfransında neft hasilatının azaldılması ilə bağlı razılaşma ehtimalı getdikcə azalır, əgər razılığa gəlinməzsə, neftin qiymətləri 40 dollara yaxın səviyyələrə qədər ucuzlaşa bilər.

Sputnik- xəbər verir ki, Goldman analitiklərinin hazırladığı hesabatda bildirilib ki, hasilat kvotalarının tətbiq edilməsi müddətində hər hansı irəliləyişin olmaması və OPEC üzvləri arasında getdikcə artan narazılıq noyabrın 30-da razılığın əldə olunması ehtimalını azaldır.

Hesabatda deyilib ki, indiyədək razılığın əldə edilməməsi neftin qiymətlərini sərt bir şəkildə aşağı çəkib. OPEC ortaya inandırıcı bir razılaşma qoya bilməzsə, neftin qiymətləri 40 dollara yaxın səviyyələrə qədər ucuzlaşacaq.
Bu xəbər oxucular tərəfindən 498 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed