Şrift:
Bakıda yenidən qar yağmağa başlayıb
10.03.2012 [10:18] - Gündəm
Şənbə günü səhər saatlarından Bakıda yenidən qar yağmağa başlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən cümə günü verilən məlumata görə, bu həftənin sonuna kimi gecə və səhər bəzi yerlərdə qar yağacağı gözlənilirdi.
Gün ərzində arabir güclənən şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 0 dərəcəyə yaxın, gündüz 1-4 dərəcə isti, axşam 0-1 dərəcə şaxta olacağı gözlənilir.
Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 13-18 dərəcə şaxta olacağı gözlənilir.
Bu xəbər oxucular tərəfindən 920 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed