Şrift:
İndoneziyada qayıq qəzası azı 21 nəfərin ölümünə səbəb olub
02.11.2016 [12:21] - Gündəm, Hadisə
İndoneziyanın Batam adası sahillərində işçiləri daşıyan katerin batması nəticəsində azı 21 nəfər həyatını itirib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, indoneziyalı işçilər Malayziyanın Coxor-Baru şəhərindən qayıdırmış. Şahidlərdən birinin sözlərinə görə, kater yola düşdükdən təxminən iki saat sonra leysan yağmağa başlayıb və güclü dalğalar göyərtəni su ilə doldurub.

Qəza zamanı katerin göyərtəsində olan 93 sərnişindən 34-ü itkin düşüb. Hadisənin baş verdiyi ərazidə xilasedici briqada işləyir. Polis insidentin başvermə səbəblərini araşdırır. Qanun keşikçiləri qayığın həddən artıq yükləndiyini ehtimal edirlər.
Bu xəbər oxucular tərəfindən 586 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed