02.11.2016 [14:17] - Gündəm, Mədəniyyət
Noyabrın 2-də Bakı Dövlət Universitetində (BDU) görkəmli türkoloq alim, Əməkdar Elm Xadimi, akademik Tofiq Hacıyevin anadan olmasının 80 illik yubileyinə həsr edilən “Azərbaycan filologiyası: inkişafın yeni mərhələsi” mövzusunda respublika elmi konfransı keçirilib.
Konfransı açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov T.Hacıyevin səmərəli elmi fəaliyyətindən, respublikamızda dilçilik elminin inkişafına verdiyi töhfələrdən danışıb. Bildirilib ki, dilçi alim hələ gənc yaşlarından elmə böyük maraq göstərib, zəngin elmi fəaliyyəti ilə Azərbaycan dilçilik elminin inkişafında müstəsna rol oynayıb və bütün ömrünü bu sahəyə həsr edib.
Rektor T.Hacıyevin 30 il BDU-nun türkologiya kafedrasına rəhbərlik etməsindən, türkoloq-mütəxəssislərin yetişdirilməsindəki rolundan söz açıb. Diqqətə çatdırılıb ki, görkəmli alim 1969-cu ildən ömrünün sonunadək bu ali məktəbdə dosent, professor, müəllim, kafedra müdiri kimi çalışıb, filologiya, dilçilik elminin, türkologiyanın inkişafında mühüm xidmətlər göstərib.

Bu xəbər oxucular tərəfindən 717 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |