Şrift:
Ermənilər Ağstafaçay su anbarını zərərli maddələrlə çirkləndirirlər
03.11.2016 [10:34] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Qazaxın Ermənistanla həmsərhəd kəndində yerləşən Ağstafaçay su anbarından Qazax, Ağstafa, Tovuz rayon sakinləri istifadə edirlər. Bu anbarı düşmən ölkə ərazisindən gələn çaylar beş qol vasitəsilə qidalandırır. Ermənilər çaylara qəsdən zərərli maddələr atırlar, nəticədə su hövzəsi çirklənir, suyun rəngi dəyişir.

Ağstafaçay Hidroqovşağı İstismarı İdarəsindən AZƏRTAC-a bildiriblər ki, su anbarının ətrafında təmizlik işləri aparılsa da, çaylarda su artdıqca zərərli maddələr yenidən əraziyə daxil olur. Ermənilərin ekoloji terrora məruz qoyduğu çaylarda aparılan monitorinqlər nəticəsində də suyun tərkibindəki spesifik çirkləndiricilərin həddindən çox olduğu müəyyənləşib.
Bu xəbər oxucular tərəfindən 1089 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed