Şrift:
“Bayraq yürüşü” keçiriləcək
03.11.2016 [14:52] - Gündəm, Sosial
Noyabrın 5-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Bayraq yürüşü” keçiriləcək.

9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən yürüşdə Təhsil Nazirliyinin, nazirliyin tabeliyindəki qurumların əməkdaşları, Milli Məclisin deputatları, ali təhsil müəssisələrinin rektorları, tanınmış ziyalılar, QHT-nin nümayəndələri, müəllim, tələbə və şagirdlər iştirak edəcəklər.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, yürüşün keçirilməsinin əsas məqsədi milli atributlarımızın təbliği, gənclərə vətənpərvərlik hisslərinin və milli-mənəvi dəyərlərin aşılanmasıdır.
Bu xəbər oxucular tərəfindən 611 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed