03.11.2016 [14:54] - Gündəm, Bildiriş
Noyabrın 3-də Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib.
Komitənin sədri Eldar İbrahimov gündəliyə əsasən “Tütün və tütün məmulatı haqqında” və “Çayçılıq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinin müzakirə olunacağını deyib. Bildirilib ki, “Tütün və tütün məmulatı haqqında” Qanunda edilən dəyişikliyə əsasən, sənədə 20.1.5-ci maddə əlavə edilir. Yeni maddədə bildirilir ki, tütün və tütün məmulatlarını alanlara hədiyyə qismində başqa əmtəənin təklif edilməsi qadağandır. Qanunun 20.2-ci maddəsi isə yeni redaksiyada verilir. Həmin maddədə deyilir: “Tütün, tütün məmulatlarının və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanların reklamı qadağandır”.
Qanun layihəsinə əsasən, sənədə, həmçinin “Tütün və tütün məmulatlarının istehsalı və (və ya) satışı ilə məşğul olan şəxslər “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü və 28-ci maddələrinə uyğun olaraq sponsor ola bilməzlər” məzmununda 20.3-cü maddə əlavə edilir.
“Çayçılıq haqqında” Qanunda edilən dəyişikliyə görə isə sənədin 17.3-cü maddəsindəki “Azərbaycan Respublikasının qanunvericiliyinə” sözləri “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa” sözləri ilə əvəz olunur.
Müzakirələr zamanı deputatlar qanunlarda edilən dəyişikliklərin əhəmiyyətini qeyd ediblər.
Sonda qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Bu xəbər oxucular tərəfindən 730 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |