04.11.2016 [10:06] - Gündəm, Mədəniyyət
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) və dünyanın tanınmış akademik nəşriyyatlarından olan “Thomson Reuters”in birgə təşkilatçılığı ilə tədbirlər keçiriləcək.
EİF-dən bildiriblər ki, Azərbaycan elmi ictimaiyyəti üçün nəzərdə tutulan “Web of Science Awards” mükafatlarının təqdimetmə mərasimində “Əsas” və “İnkişaf etməkdə olan” nominasiyaları üzrə beynəlxalq meyarlar əsas götürülməklə ən məhsuldar qurum, nüfuzlu elmi jurnal və alimlər təltif olunacaqlar.
Həmçinin “Azərbaycanın elmi jurnalları: beynəlxalq səviyyəyə doğru irəliləyiş” mövzusunda keçiriləcək seminar-təlimdə xarici ekspertlər, EİF-in və “Thomson Reuters”in əməkdaşları iştirak edəcəklər. Tədbirin keçirilməsinin məqsədi mövcud vəziyyətin təhlili, beynəlxalq təcrübənin öyrədilməsi, Azərbaycanda nəşr olunan elmi jurnal redaktorlarına tövsiyələrin verilməsi, müasir yanaşmaların, üsul və vərdişlərin aşılanmasıdır.

Bu xəbər oxucular tərəfindən 648 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |