04.11.2016 [10:13] - Gündəm, İqtisadiyyat
“Saudi Aramco”, “Total” və “Shell” kimi dünyanın neft nəhəngləri karbon emissiyasını azaltmaq və bərpaolunan enerji mənbələrini dəstəkləmək məqsədilə bir investisiya fondu yaradacaqlar.
BP, “Eni”, “Repsol”, “Saudi Aramco”, “Shell”, “Statoil” və “Total” şirkətlərinin baş icraçı direktorları qeyd edilən fondun yaradılması üzrə detalları və atmosferə atılan istixana qazını azaltmaq üçün düşünülən digər tədbirləri cümə günü Londonda ictimaiyyətə açıqlayacaqlar.
Baş icraçı direktorlar atmosferə atılan tullantıları azaldacaq, eləcə də avtomobillərin mühərrik və yanacaq səmərəliyini artıracaq texnologiyaların inkişaf etdirilməsinə yönələcək investisiya mexanizminin yaradılması yollarını axtaracaqlar.
Fondun yaradılmasında iştirak edən şirkətlər Neft və Qaz İqlim Təşəbbüsü (OGCI) adlı qrupun üzvüdürlər. 2014-cü ildə BMT-nin dəstəyi ilə yaradılan OGCI qlobal neft və qaz istehsalının 20 faizini təmsil edən 11 şirkəti əhatə edir.

Bu xəbər oxucular tərəfindən 544 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |