Şrift:
Yer planetini təhdid edən 15 min böyük asteroid aşkarlanıb
04.11.2016 [10:15] - Gündəm, Sosial
Astronomların son məlumatlarına görə, Yer üçün təhlükəli 15 min böyük asteroid aşkarlanıb. 2013-cü ilin avqustunda cəmi 10 min belə asteroid məlum idi.

Vesti.ru saytı xəbər verir ki, yerətrafı obyektlərin axtarışları davam edir. Bu gün həftədə orta hesabla 30 yeni asteroid tapılır.

Hesablamalara əsasən, diametri 140 metrdən çox olan astroidlərin yalnız 27 faizi elmə məlumudur. ABŞ Konqresi bunu nəzərə alaraq, NASA-dan 2020-ci ilədək belə obyektlərin 90 faizini aşkara çıxarmağı və onların hər birindən irəli gələn potensial təhlükəni müəyyənləşdirməyi tələb edib.

Təhlükə həqiqətən mövcuddur. Növbəti böyük astroidin Yerə nə vaxt çatacağını isə heç kəs dəqiq bilmir.
Bu xəbər oxucular tərəfindən 599 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed