10.03.2012 [12:59] - Diaspor
Bu yaxınlarda Niderlandın “Metro” qəzetində separatçı Dağlıq Qarabağ rejimi gözəl bir turist bölgəsi kimi qələmə verilib.
Bu barədə Azərbaycan Niderland Gənclər Cəmiyyətindən bildiriblər.
“Çap olunan məqalə əvvəldən-sona qədər səhvlərdən ibarət idi. Qarabağ Rusiyanın bir hissəsi kimi qeyd olunub və üstəlik separatçı bayraq da əlavə olunub.
Qəzetin redaksiyasından bildirilib ki, səhv mətn “Metro”nun Londondakı filialından göndərilib. Bundan sonra Azərbaycan Niderland Gənclər Cəmiyyətinin üzvləri və başqa gənc azərbaycanlıların etiraz məktublarının nəticəsində martın 9-da həmin qəzetdə düzəliş yerləşdirilib.
Düzəlişdə Dağlıq Qarabağın Azərbaycanda yerləşməsi, çap etdikləri separatçı bayrağın mövcud olmaması və ümumiyyətlə səhv məlumat yerləşdirdiklərinə görə üzrxahlıq istənilib” – deyə Cəmiyyətdən qeyd ediblər.
Elnur Eltürk
Təhrif olunmuş
Düzəliş edilmiş

Bu xəbər oxucular tərəfindən 1156 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |