Şrift:
Rusiyanın beynəlxalq ehtiyatları bir həftə ərzində 300 mln. dollar azalıb
04.11.2016 [12:46] - Gündəm, İqtisadiyyat
28 oktyabr 2016-cı il tarixinə Rusiyanın beynəlxalq ehtiyatlarının həcmi 391 milyard dollar təşkil edib.

“RİA Novosti”nın verdiyi xəbərə görə, oktyabrın 21-də bu göstərici 391,3 milyard dollar səviyyəsində olub. Beləliklə, həftə ərzində ehtiyatlar 300 mln. dollar azalıb.

Rusiyanın beynəlxalq (valyuta-qızıl) ehtiyatları Rusiya Bankının və hökumətinin ixtiyarında olan yüksək likvidli xarici aktivlərdən ibarətdir.
Bu xəbər oxucular tərəfindən 603 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed