Şrift:
Nazirlik vətəndaşları tapdıqları sənədləri poçt şöbəsinə təqdim etməyə çağırıb
04.11.2016 [13:12] - Gündəm, Bildiriş
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC yeni sosial layihəyə başlayır.

Nazirlikdən verilən məlumata görə, yeni layihə itirilmiş sənədlərin tapılması ilə bağlıdır.

Belə ki, vətəndaşlar tapdıqları hər hansı sənədi istənilən poçt şöbəsinə təqdim edə biləcək. Sənədini axtaran şəxslər isə ən yaxındakı poçtdan bu barədə məlumat və əgər tapılıbsa, sənədini ala biləcək.

Hazırda layihənin reallaşdırılması üçün zəruri işlər aparılır. Yeni xidmət barədə yaxın vaxtlarda ictimaiyyətə ətraflı məlumat veriləcək.
Bu xəbər oxucular tərəfindən 625 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed