10.03.2012 [13:06] - Siyasət
ABŞ Senatı Türkiyədə dini dözümsüzlük haqqında qətnamə qəbul edib.
Davam.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu qətnaməyə əsasən, Vaşinqton Ankaradan əqidə azadlığına hörmət göstərilməsini və dini dözümsüzlüyə yol verilməməsini tələb etməlidir.
Qətnamənin təşəbbüsçüləri qismində öz erməniyönümlü baxışları ilə tanınan senatorlar Skott Braun, Mark Kirk və Dayan Feynşteyn çıxış ediblər.
Qətnamə Türkiyəni kilsələr və digər dini tikililər, monastırlar, məktəblər, xəstəxanalara, abidələr, müqəddəs yerlər, həmçinin daşınan əmlak, məsələn, incəsənət əsərləri, əlyazmalar kilsə əşyaları və s. daxil olmaqla, xristian kilsələrinin mübahisə obyekti olan əmlakını qaytarmağa çağırır. Senatorlar həmçinin Türkiyəni dini təhsil, yığıncaqlar və varislik, sosial xidmətlərin, kasıblar və imkansızlara yardımın göstərilməsi məsələlərində erməni və yunan kilsələrinin azadlığını məhdudlaşdırmamağa çağırıb.

Bu xəbər oxucular tərəfindən 1205 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |