04.11.2016 [14:33] - Gündəm, Hüquq
Türkiyədə Cümhuriyyət Baş Prokurorluğunun təlimatı ilə həbs olunan 11 HDP millət vəkilinə qarşı irəli sürülən ittihamlar məlum olub.
"Qafqazinfo" Türkiyə KİV-nə istinadən xəbər verir ki, saxlanılan deputatların "terror təşkilatı PKK-nın təbliğatını aparmaq", "cinayəti və cinayətkarı tərifləmək", "xalqı kin və düşmənçiliyə təhrik", "silahlı terror təşkilatına üzv olmaq" və "dövlətin birliyi və bütövlüyünü pozmağa təşəbbüs" maddələri ilə ittiham olunduqları açıqlanıb.
HDP həmsədri Səlahəddin Dəmirtaş isə cinayət törətmək məqsədi ilə təşkilat yaratmaq, terror təşkilatına üzv olmaq, silahlı terror təşkilatına üzv olmaq, təşkilat adından cinayət törətmək, Türkiyə Cümhuriyyətini açıq-aşkar təhqir etmək, terror təşkilatının təbliğatını aparmaq, türk milləti, cümhuriyyəti və TBMM-i açıq-aşkar təhqir etmək, prezidenti təhqir etmək, dövlətin hərbi və polis təşkilatını açıq-aşkar təhqir etmək, terror təşkilatı olan PKK-nın təbliğatını aparmaq, xalqı kin və düşmənçiliyə təhrik etmək, dövlət vəzifəlisini tutduğu mövqe ilə əlaqədar təhqir etmək, terror təşkilatına bilərək və istəyərək yardım etmək, 2911 saylı toplantı və nümayiş yürüşləri qanununa müxalif olmaq və sair maddələrlə ittiham olunur.

Bu xəbər oxucular tərəfindən 618 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |