Şrift:
Maliyyə bazarları ilə bağlı yeni qanun layihəsi hazırlanıb - RƏSMİ
04.11.2016 [14:39] - Gündəm, Hüquq
“Azərbaycanda maliyyə bazarının inkişafı ilə bağlı yeni qanun layihələri hazırlanıb”.

Bunu Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı jurnalistlərə açıqlamasında bildirib.

Palatanın sədri deyib ki, problemli bankların idarə edilməsi, vaxtı keçmiş kreditlərin restruktizasiyasına həsr olunmuş qanun layihəsi ilə bağlı müzakirələr yaxın vaxtlarda başlayacaq:

“Bundan başqa maliyyə bazarının tənzimlənməsi və nəzarətlə bağlı qanun layihəsi üzərində isə iş artıq başa çatdırılıb. Palata, həmçinin kredit təminatı mexanizmlərini özündə əks etdirən qanun layihəsi üzərində işə başlamağa hazırlaşır”.
Bu xəbər oxucular tərəfindən 681 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed