04.11.2016 [15:36] - Gündəm, Hüquq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ağacların kəsilməsi ilə bağlı daxil olan şikayəti yerində araşdırıblar.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bu gün Nərimanov rayonu Əliyar Əliyev küçəsi 25 ünvanında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar Xətt”inə şikayət daxil olub.
Nazirliyin əməkdaşlarının apardıqları araşdırma zamanı sözügedən ünvanda diametri 40 sm olan 1 ədəd tut və diametri 25 sm olan 1 ədəd sərv ağacının naməlum şəxslər tərəfindən qanunsuz kəsilməsi faktı aşkar olunub. Faktla bağlı nazirliyin əməkdaşları tərəfindən akt tərtib edilib.
Təqsirkarların müəyyənləşdirilməsi və barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Nərimanov rayon İcra Hakimiyyətinə və Polis İdarəsinə müraciət edilib.

Bu xəbər oxucular tərəfindən 699 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |