04.11.2016 [15:37] - Gündəm, Sosial
Noyabr ayının 5-dən etibarən Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının "biznes-klass" vaqonunda gediş qiyməti aşağı salınacaq. "OLAYLAR"-ın xəbərinə görə, məlumatı "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidməti yayıb. Bildirilib ki, Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının "biznes-klass" vaqonunda gediş qiymətində dəyişiklik ediləcək. Belə ki, Bakı-Sumqayıt (Sumqayıt-Bakı) istiqamətində "biznes-klass" vaqonlarında gediş haqqı 1 manat 60 qəpikdən 1 manat 20 qəpiyə endiriləcək.
Bu xəbər oxucular tərəfindən 636 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |