05.11.2016 [11:17] - Gündəm, Sosial
BMT İraqın Mosul şəhərindən olan qaçqınlar üçün yeni düşərgə açıb.
"RİA Novosti" agentliyi xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığından məlumat verilib.
Məlumata görə, düşərgə birinci gün 3 min insanı qəbul edib. Ümumilikdə isə 11 min insanı qəbul etmək iqtidarındadır.
Yeni düşərgə Hassan əl-Şam şəhəri yaxınlığındadır. "Bütün ailələr çadırlara yerləşdirilir və yardım alırlar" – deyə təşkilatın bəyanatında bildirilir.
Hazırda düşərgədə 450 çadır qurulub. Lakin gündəlik 500 çadırın qurulması planlaşdırılır.
BMT-nin hesablamasına görə, son 3 gündə Xazer və Hassan əl-Şama 8 min insan toplaşıb.

Bu xəbər oxucular tərəfindən 699 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |