Şrift:
Naməlum şəxslər Türkiyənin Fransadakı Səfirliyinə hücum edib
05.11.2016 [11:25] - Gündəm, Hadisə
Bir qrup şəxs Türkiyə Cümhuriyyətinin Fransanın paytaxtı Paris şəhərindəki səfirliyinə hücum edib.
Bu barədə "Haber7.com" xəbər verib.
Məlumata görə, hadisə dünən gecə saatlarında baş verib. Səfirliyi hədəf seçən naməlum şəxslər diplomatik binaya molotov kokteyli atıblar. Nəticədə binaya az miqdarda ziyan dəyib.
Hadisə ilə əlaqədar ərazi polis tərəfindən mühasirəyə alınıb və təhlükəsizlik tədbirləri gücləndirilib.
Bu xəbər oxucular tərəfindən 839 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed